Putin Yaxın Şərqdən döyüşçülər gətirilməsinə razılıq verdi

Dünya

11.03.2022 - 14:37

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Prezidenti Təhlükəsizlik Şurasının müşavirəsini keçirib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirib. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, dövlət başçısı Şura üzvlərinə Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmağı təklif edib.

Putin ilk sözü Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyquya verib. Nazir söyləyib ki, Rusiya sərhədinin qərb hissəsi zirehli texnikanın hesabına möhkəmləndirilib. 

Şoyqu Ukraynadakı müharibəyə könüllülərin cəlb olunması təklifini irəli sürüb. Putin bu ideyanı bəyənib və Ukrayandakı müharibəyə könüllülərin cəlb edilməsinə razılıq verib.

Rusiya Prezidenti müdafiə nazirinin Donetsk və Luqanskdakı separatçılara qənimət silah və texnikanın verilməsi təklifini də dəstəkləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş