Putin Ukrayna üzrə İstanbul müqaviləsinə qayıtmaq təklifi ilə razılaşıb

Dünya

12.04.2024 - 12:56

"Bir vaxtlar göstərib mənə təhvil verdiyin o sənədi, İstanbul müqaviləsini çıxar”

Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkonun Ukrayna ilə İstanbul müqaviləsinə baxılmasına qayıtmaq təklifini dəstəkləyib. AYNA xəbər verir ki, bu barədə dövlət başçılarının rəsmi görüşü zamanı bildirilib.

Lukaşenko Rusiyanın Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair təkliflərinin hərbçilərdən dəstək ala biləcəyi barədə fikir bildirib.

"Bir vaxtlar göstərib mənə təhvil verdiyin o sənədi, İstanbul müqaviləsini çıxar, masanın üstünə qoy və onunla hərəkət et", - Lukaşenko təklif edib. Buna cavab olaraq Putin razılaşdı: "Bəli, onunla işləmək lazımdır".

Müəllif: Ayna.az