“Putin Ukrayna ilə bağlı danışıqlara hazırdır” - Peskov

Dünya

15.02.2022 - 08:28

Həkimlər Klinikalar SEO Xidməti

Peskov: "Ən böyük məsələ Rusiya üçün daha çox təhlükəsizlik təminatıdır"

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ətrafında vəziyyətlə bağlı danışıqlara hazırdır.

AYNA xəbər verir ki, bunu Rusiya dövlət başçısının sözcüsü Dmitri Peskov CNN-ə müsahibəsində bildirib.

“Hər şeydən əvvəl Prezident Putin həmişə danışıqları və diplomatiyanı üstün tutur. Əslində, o, Rusiya Federasiyası üçün təhlükəsizlik təminatları məsələsinin təşəbbüskarı olub. Ukrayna problemin yalnız bir hissəsidir. Ən böyük məsələ Rusiya üçün daha çox təhlükəsizlik təminatıdır. Əlbəttə ki, Prezident Putin danışıqlara hazırdır”, -deyə Peskov bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş