Putin: “Rusiyanın Xarkovu nəzarətə götürmək planı yoxdur”

Dünya

17.05.2024 - 14:39

“Rusiya ordusunun Xarkov istiqamətində hərəkətləri Rusiya regionlarının Ukraynadan atəşə tutulmasına cavabdır”

“Bu günə qədər Rusiyanın Xarkovu nəzarətə götürmək planı olmayıb”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Çinə səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

Dövlət başçısının sözlərinə görə, Rusiya ordusunun Xarkov istiqamətində hərəkətləri Rusiya regionlarının Ukraynadan atəşə tutulmasına cavabdır: “Xarkovu almağa gəlincə, bu gün belə planlar yoxdur”.

Müəllif: Ayna.az