Prezident Rusiyanın Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazır olduğunu açıqlayıb
Prezident Putin bildirib ki, Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırdır
Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazır olduğunu açıqlayıb. AYNA "RİA Novosti"yə istinadən xəbər verir ki, Putin bu barədə Çin rəhbəri Si Cinpinlə telefon söhbətində bildirib.
Məlumata görə, Rusiya lideri Ukrayna probleminin əsas tarixindən də danışıb və Rusiyanın Donbassdakı hərbi əməliyyatı barədə məlumat verib.
Bundan əvvəl məlum olub ki, Ukrayna Prezidenti Volodimir Zelenski yeni videomüraciətində rusiyalı həmkarını danışıqlar masasında oturmağa dəvət edib. Ukrayna lideri bu yolla insanların ölümünü dayandırmaq niyyətində olduğunu vurğulayıb.
Öz növbəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna hərbçilərinin silahı yerə qoymasından sonra Moskvanın Kiyevlə danışıqlara başlamağa hazır olacağını bildirib. O, həmçinin əmin edib ki, Rusiya tərəfi heç bir şəkildə Ukrayna hərbçilərinə təzyiq etmək fikrində deyil.