Rusiya Ukrayna ilə danışığa başlamağın şərtini açıqladı: "Silahı yerə qoysunlar"

Dünya

25.02.2022 - 16:09

Həkimlər Klinikalar SEO Xidməti

Lavrov: "Rusiya tərəfi heç bir şəkildə Ukrayna hərbçilərinə təzyiq etmək fikrində deyil"

"Ukrayna hərbçiləri silahı yerə qoyduqdan sonra Moskva Kiyevlə danışıqlara başlamağa hazır olacaq". AYNA "RİA Novosti"yə istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Ukrayna Silahlı Qüvvələri prezidentimizin çağırışına cavab versinlər. Müqaviməti dayandırsınlar, silahı yerə qoysunlar. Bundan sonra biz hər an danışıqlara hazırıq”, - deyə nazir bildirib.

Lavrov əmin edib ki, Rusiya tərəfi heç bir şəkildə Ukrayna hərbçilərinə təzyiq etmək fikrində deyil.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Ukrayna və Rusiya liderləri arasında danışıqlar Kiyev danışıqlara hazır olduqda baş tuta bilər.

Qeyd edək ki, Ukrayna Prezidentinin müşaviri Mixail Podolyak bildirib ki, Kiyev Moskva ilə neytral statusla bağlı danışıqlara hazırdır, lakin təhlükəsizlik zəmanəti tələb edir. 

Bundan başqa, Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciəti zamanı Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək onu masa arxasında danışıqlara dəvət edib. 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş