“Rusiya və Çin tərəfləri əsas beynəlxalq problemlərin həllində səyləri əlaqələndirir”
Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Çin arasında strateji tərəfdaşlığın görünməmiş şəkildə yüksək səviyyədə olduğunu bildirib. AYNA xəbər verir ki, bu barədə Putinin Kremlin saytında dərc olunmuş “Vahid Rusiya Partiyası – Çin Kommunist Partiyası” dialoqunun iştirakçılarına təbrik məktubunda deyilir.
“Rusiya-Çin hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri yüksək səviyyədədir. İqtisadiyyat, nəqliyyat, energetika, humanitar və digər sahələrdə genişmiqyaslı birgə layihələr həyata keçirilir”, - Rusiya lideri qeyd edib.
Putin həmçinin vurğulayıb ki, ikitərəfli əsasda, eləcə də ŞƏT, BRİKS və digər çoxtərəfli strukturlar formatlarında Rusiya və Çin tərəfləri əsas beynəlxalq problemlərin həllində səyləri əlaqələndirir, daha ədalətli və demokratik dünya nizamının qurulmasına kömək edir.