Rusiya Prezidenti fərman imzalayıb
Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması qərarına gəlib.
Bu barədə AYNA Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, dövlət başçısı Putin Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərmanı imzalayıb.
Putin Donbasda vəziyyətin kritik həddə çatdığını bəyan edib və Federal Məclisdən lazımi sənədləri ratifikasiya etməyi xahiş edib.