“Qərb ölkələri Rusiyanın əvəzinə “sönən dövlət” görmək istədikləri üçün nifaq salmaq və ölkəni daxildən zəiflətmək istəyirlər”
“Qərb dövlətləri səhv hesab apardılar və rus xalqının qəti mövqeyi ilə üzləşdilər”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətini elan edərkən deyib. Prezidentin fikirləri Kremlin “Telegram” kanalında yayılıb.
“Qərb çoxmillətli xalqımızın qəti mövqeyi və qətiyyəti ilə toqquşdu”, - Rusiya lideri bildirib.
Putin əlavə edib ki, Qərb ölkələri Rusiyanın əvəzinə “sönən dövlət” görmək istədikləri üçün “nifaq salmaq və ölkəni daxildən zəiflətmək” istəyirlər: “Onlar rus xalqının sarsılmaz mövqeyi ilə üzləşməli oldular. Bu, onların səhv hesablaması idi”.