Kreml: bəyanatlarında yer alan bəzi məsələlərin reallaşması müzakirə edilib
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, telefon danışığı zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarında nəzərdə tutulan məsələlərin icrası müzakirə edilib.
“Qarabağ ətrafındakı hazırkı durum və Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında yer alan bəzi məsələlərin reallaşması müzakirə edilib”, - Kremlin açıqlamasında deyilir.