Putin: “Onların heç biri ədalətli cəzadan yayına bilməməlidirlər”

Dünya

24.04.2024 - 17:04

Rusiya Prezidenti “Crocus City Hall”dakı terror aktının iştirakçılarının hamısını cəzalandırmağa çağırıb

““Crocus City Hall”da terror aktının bütün iştirakçıları - sponsorları və təşkilatçıları müəyyən edilməli və cəzalandırılmalıdır”. AYNA TASS -a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin beynəlxalq təhlükəsizlik toplantısının iştirakçılarına videomüraciətində bildirib.

“Rusiya xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları bu iyrənc cinayətin bütün təfərrüatlarını araşdırmağa davam edir. Onun iştirakçıları, o cümlədən sponsorlar və təşkilatçılar müəyyənləşdirilir. Onların heç biri ədalətli cəzadan yayına bilməməlidirlər”, - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskdakı “Crocus City Hall”da terror aktı törədilib. Son məlumatlara görə, terror aktı nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.

Terrorun törədilməsi şübhəsi ilə dörd nəfər həbs edilib.

Müəllif: Ayna.az