Rusiya Prezidenti Sergey Butini xarici işlər nazirinin müavini təyin edib
Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin Baş Katibliyinin direktoru Sergey Butini xarici işlər nazirinin yeni müavini təyin edib. AYNA xəbər verir ki, Putinin müvafiq fərmanı hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
“Sergey Vladimiroviç Butin Rusiya Federasiyası xarici işlər nazirinin müavini təyin edilsin”, – sərəncamda deyilir.
Bundan əvvəl Putin xarici işlər nazirinin müavini Oleq Sıromolotovu tutduğu vəzifədən azad edib. Onun vəzifəsindən azad edilməsi səbəbləri açıqlanmayıb.
Sıromolotov bu vəzifəyə 2015-ci ilin martında başlayıb. Bundan əvvəl o, 2004-2015-ci illərdə Rusiya FSB-nin əks-kəşfiyyatına rəhbərlik edib.
Xatırladaq ki, uzun illərdir Rusiyanın XİN başçısı Sergey Lavrovdur.