Putin ilə Paşinyan arasında telefon danışığı olub

Dünya

06.07.2022 - 22:50

Həkimlər Klinikalar SEO Xidməti

Paşinyan Putini Türkiyə ilə təmaslar barədə məlumatlandırıb

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, erməni tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların icrasının praktiki aspektlərinin müzakirəsi davam etdirilib.

O cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi, Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin bərpası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nikol Paşinyan Vladimir Putini Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına yönəlmiş son təmaslar barədə məlumatlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş