Putin Donbasdakı separatçılara Rusiyanın silahlı yardım etməsinə razıdır?

Dünya

27.01.2022 - 16:17

Həkimlər Klinikalar SEO Xidməti

Dmitri Peskov: “Əlbəttə, Prezident bu fikri, bu baxışı yaxşı bilir”

“Rusiya siyasətçilərinin özünü elan etmiş “Donetsk” və “Luqansk Xalq Respublikalarına” silahla kömək etmək təşəbbüsü yeni, əvvəllər belə olmayan bir təşəbbüsdür”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi qeyd edib ki, o bu təklifin dövlət başçısı tərəfindən nəzərdən keçirildiyindən xəbərsizdir: “Əlbəttə, Prezident bu fikri, bu baxışı yaxşı bilir. O bu mövzunun “Vahid Rusiya” üçün nə qədər həssas olduğuna hörmətlə yanaşır. Amma hazırda Prezidentdən belə təşəbbüslərə reaksiya yoxdur”.

Qeyd edək ki, bir müddət əvvəl Federasiya Şurasının birinci vitse-spikeri, “Vahid Rusiya” Baş Şurasının katibi Andrey Turçak bildirib ki, Rusiya “Kiyevin açıq şəkildə hazırladığı hərbi təcavüzün qarşısını almaq üçün Donbassdakı “respublikalar”a silahla dəstək göstərməlidir.

Daha sonra partiyanın Duma fraksiyasının rəhbəri Vladimir Vasilyev bildirib ki, “Vahid Rusiya” ölkə rəhbərliyindən Donbassdakı “respublikalar”a hərbi məhsulların tədarükü şəklində yardım göstərməyi xahiş edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş