Psixotrop maddənin təsiri altında maşın sürən şəxs həbs olunub

Xəbərlər

21.04.2022 - 11:18

Həkimlər Klinikalar SEO Xidməti

Həmin şəxslə bağlı eyni hal bir neçə ay əvvəl də aşkarlanıb

Lənkəranda psixotrop maddənin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququ iki il müddətində məhdudlaşdırılmaqla həbs olunub. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində hərəkətdə olan “Toyota” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verib.

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Lənkəran rayon sakini İbrahim Axundovun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin olunub.

Müayinənin nəticəsinə əsasən İ.Axundovun psixotrop maddədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İ.Axundov nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 14 gün müddətində inzibati qaydada həbs edilib.

Qeyd olunub ki, həmin şəxslə bağlı eyni hal bir neçə ay əvvəl də aşkarlanıb və həmin vaxt da barəsində qanunamüvafiq qaydada tədbir görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş