"Oğuzlara o qədər "türk-türk" dedilər ki...""/>

Professor "türk" sözünün tarixindən yazdı: <font color=red> "Oğuzlara o qədər "türk-türk" dedilər ki..."</font>

Maraqlı

12.07.2019 - 01:04

Həkimlər Klinikalar SEO Xidməti

“Türk” termininin tarixi

 

Türk adının etimologiyası haqqında filalogiya elmləri doktoru, professor Kamil Allahyarov özünün şəxsi facebook profilində paylaşım edib. Professor “türk” sözünün etimologiyasına tarix tarixi həqiqətlərdən yazıb.


AYNA xəbər verir ki, Kamil Allahyarov türklərin qədim hunların varisi olduğunu bildirib: “Termin nə qədər dəqiq olarsa, o qədər də yaxşı olar. "Türk" adı ilə bağlı dolaşıqlar isə çoxdur: bu adı VI əsrdə Altayda tarix səhnəsinə çıxarmış xalqın adı, müasir dövrdə bizim və türkiyəlilərin özlərini "türk" adlandırması, "türk dilləri" dilçilik termini və s. Sonuncu termin əslində "hun dilləri" şəklində olmalıdır; bu həm tarixilik baxımından düzgündür, həm də ilkin əcdadlarımız olmuş hunlara hörmət baxımından (Avropa alimləri dünya dillərinin genealoji təsnifatını düzəldən zaman hunlar barədə onların heç bir məlumatı yox idi). Qədim türklərin özləri də hunların çoxsaylı varislərindən yalnız biri olublar. Orta əsrlərdə onlardan başqa özünü "türk" adlandıran heç bir xalq olmayıbdır. Sadəcə onlar Sakit okeandan Qara Dənizə qədər uzanan ərazidə böyük xaqanat yaratdıqlarına görə digər xalqlar onların dövlətinin tərkibində olan bütün hundilli xalqlara ümumi formada "türk" deyirdilər, necə ki, indi biz İrandan gələn bütün insanlara onların milliyyətindən asılı olmayaraq "iranlı", Çindən gələnlərə isə "çinli" deyirik.”

Professor Azərbaycanda yaşayan türklərin sonradan azərbaycanlı adlandırılması məsələsinə də toxunub: “VIII əsrdə qədim türklər öz "qardaşları" karluq, basmıl və uyğurlar tərəfindən məhv edildikdən sonra da ərəblər və farslar türk (hun) dilində danışan bütün xalqlara istisnasız olaraq "türk" deyirdilər. Bu, onlardan uzaqda yaşayan hundilli xalqlara təsir göstərmirdi. XI əsrdə Ön Asiyaya gəlmiş oğuzlar isə fars və ərəblərlə daima təmasda olduqlarına və onların dillərində təhsil aldıqlarına görə bu onlara təsirsiz ötüşə bilməzdi. Sonuncu amilin təsiri İranda daha güclü idi. Gündəlik həyatda üz-üzə gələn farslar oğuzlara o qədər "türk-türk" dedilər ki, axırda oğuzların sonrakı nəsilləri öz adlarını "türk" kimi tanımağa başladılar, halbuki onların epik aləmini əks etdirən dastanlarda biz "türk" sözünə rast gəlmirik. Türkiyəlilər isə böyük Osmanlı dövlətində yaşadıqlarına görə özlərinə də "osmanlı" deyirdilər. Ancaq 1923-cü ildə məlum səbəblərdən osmanlılar bu addan imtina edib, rəsmi olaraq "türk" adını qəbul etdilər. Eyni zamanda iki xalqın "türk" adlanması isə əlavə dolaşıqlara səbəb olurdu. Məhz bu səbəbdən də 1936-cı ildə bizim adımızı dəyişib, "azərbaycanlı" qoydular”.

Картинки по запросу kamil allahyarov

Müəllif: Ayna.az