Mask: ““SpaceX”in məqsədi yadplanetlilərlə görüşməkdir”

Maraqlı

13.01.2026 - 11:33

“Biz "Star Trek"i gerçəkləşdirmək istəyirik"

“SpaceX” kosmik şirkətinin məqsədi digər ulduz sistemlərinə səyahət etmək və yadplanetlilərlə görüşməkdir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə şirkətin təsisçisi, amerikalı milyarder İlon Mask deyib.

"Sizə “SpaceX”in məqsədi barədə danışacağam. Biz "Star Trek"i (ikonik elmi fantastika serialı) gerçəkləşdirmək istəyirik", - deyə Mask qeyd edib.

Şirkətin gələcəyindən danışan Mask insanların böyük kosmik gəmilərdə başqa planetlərə və "nəhayət, yadplanetlilərlə görüşə biləcəyimiz və ya yadplanetli sivilizasiyaları kəşf edə biləcəyimiz digər ulduz sistemlərinə" səyahət etməsini xəyal etdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş