"WhatsApp"da yeni funksiya işə düşüb

Maraqlı

25.12.2021 - 00:32

"WhatsApp"da media məzmununun seçilməsi üçün xüsusi düymə görünəcək

"WhatsApp" istifadəçilərə mesaj göndərməzdən əvvəl faylları idarə etmək üçün yeni seçimlər verəcək.

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Messencer şəkil, video və ya GIF animasiyası olan mesajın göndərildiyi şəxsləri seçmək və ya statusa məzmun dərc etmək imkanı verəcək. Hazırda bu, yalnız "Kamera" bölməsindən fayl göndərildikdə mümkündür.

Yeni funksiya ilə birlikdə "WhatsApp"da media məzmununun seçilməsi üçün xüsusi düymə görünəcək.

Bu funksiya hazırda yalnız Android üçün "WhatsAppı"ın beta versiyasında mövcuddur.

Müəllif: Ayna.az