Problemli kreditlərin məbləği 25 faiz azalıb

İqtisadiyyat

21.08.2023 - 17:24

Həkimlər Klinikalar SEO Xidməti

Vaxtı keçmiş kreditlərin məbləği 494,7 milyon manat təşkil edib

Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 494,7 milyon manat təşkil edib. AYNA xəbər verir ki. bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, bu, iyulun 1-i ilə müqayisədə 1,5% azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 16,7%, son 1 ildə isə 25,3% azalıb.

Bu il iyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,2% təşkil edib. Bu nisbət iyunun sonuna 2,3%, ötən ilin sonuna 2,9%, ötən il iyunun sonuna isə 3,5% olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş