Əli Məsimli “Şöhrət” ordeni ilə təltif edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əli Əhməd oğlu Məsimlinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AYNA xəbər verir ki, Ə.Məsimli bu ordenə ölkənin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, Ə.Məsimli Milli Məclisin deputatıdır.