Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM

Xəbərlər

24.04.2024 - 16:33

Rəis müavini 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Allahverən İbiş oğlu İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AYNA xəbər verir ki, Sərəncama əsasən, A.İsmayılov Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, A.ismayılov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavinidir.

Müəllif: Ayna.az