Fərzəliyev Nərimanov rayonunun icra başçısı vəzifəsindən azad edildi, Abşerona icra başçısı təyin edildi
Prezident İlham Əliyev Abdin Ələsgər oğlu Fərzəliyevin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
AYNA xəbər verir ki, bununla bağlı Prezidentin rəsmi saytı məlumat yayıb.
Dövlət başçısının digər Sərəncamı ilə A.Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.