Prezident: “USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır”

Xəbərlər

09.04.2025 - 14:08

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Prezident Trampın atdığı addımlar çox perspektivlidir”

“Prezident Trampın atdığı addımlar çox perspektivlidir, lakin bu, son deyil. USAID nəhənglərdən biridir, bu, tamamilə korrupsiyaya uğramış təşkilatdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

“Azadlıq”, “Amerikanın səsi” radiolarının fəaliyyətinin dayandırıldığını, lakin bunun kifayət olmadığını deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, siyasi düşmənçiliyə xidmət edən “Human Rights Watch”, “Amnesty International”, “Transparency” kimi təsisatların fəaliyyətinin qarşısı alınmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş