Tələbələrə verilən Prezident təqaüdünün məbləği artırıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman
AYNA xəbər verir ki, Fərmanla Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 manat müəyyən edilib.
Qeyd edək ki, dəyişikliyə qədər bu kateqoriyadan olan şəxslərə verilən təqaüdün məbləği 250 manat idi.