İlham Əliyev Sərəncam imzalayıb
Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
AYNA-nın xəbərinə görə, Sərəncamda qeyd edilib ki, su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Abasov Xalid Əvəz oğlu
Abdullayev Elşad Əlipaşa oğlu
Abışov İxtiyar Şükür oğlu
Məmmədov Adəm İman oğlu
Məmmədov Natiq Misir oğlu.