Portuqaliya “xeyirxah ölüm”ü qanuniləşdirib

Dünya

17.05.2023 - 16:20

Prezident Rebelo de Sousa evtanaziyanı dekriminallaşdıran qanunu imzalayıb

Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa evtanaziyanı (“xeyirxah ölüm”) dekriminallaşdıran qanunu imzalayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə dövlət başçısının saytında məlumat yerləşdirilib.

Qeyd olunur ki, Portuqaliya Parlamenti səs çoxluğu ilə “Ölüm zamanı tibbi yardımın göstərilməsi haqqında” qanunun yeni redaksiyasını təsdiq edib, ona uyğun olaraq, ölkə Konstitusiyasına uyğun şəkildə Prezidentin Fərmanı dərc edilib.

Qeyd edək ki, 2021-ci ilin yanvarında Portuqaliya Parlamenti evtanaziyanın qanuniləşdirilməsini qəbul edib. Qanun layihəsinə görə, sağalmaz və ağır xəsarət almış xəstələr həkimlərin köməyi ilə öz həyatlarına özbaşına son qoymaq hüququ qazanacaqlar.

Beləliklə, Portuqaliya bu prosedura icazə verən altıncı Aİ ölkəsi oldu.

Müəllif: Ayna.az