ABŞ liderini cəmi 24 saatdan sonra Ukraynaya hərbi yardımı kəsməyə vadar edən məhz bu olub
ABŞ Prezidenti Donald Tramp fevral ayında iki dövlət başçısının Ağ Evdə mübahisə etməsindən sonra Avropa İttifaqının (Aİ) Ukrayna lideri Volodimir Zelenskiyə dəstəyinə qəzəblənib. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” mənbələrinə istinadən yazıb.
Nəşr qeyd edib ki, Tramp Zelenskinin Ukraynadakı münaqişənin həlli üçün sülh sazişinin hələ çox uzaqda olması barədə dediyi sözlərə də əsəbləşib.
Bəzi rəsmilərin fikrincə, Trampı cəmi 24 saatdan sonra Ukraynaya hərbi yardımı kəsməyə vadar edən məhz bu olub. Ağ Ev rəhbəri ilə Ukrayna lideri arasında münasibətlərin gərgin olaraq qaldığı da qeyd edilir.