Pirsaat çayı daşıb: təsərrüfatlara ziyan dəyib

Hadisə

27.06.2024 - 16:39

Həkimlər Klinikalar SEO Xidməti

Qubalı kəndinin ətraf kəndlərlə nəqliyyat əlaqəsi kəsilib

Hacıqabulda Pirsaat çayı daşıb, şəxsi təsərrüfatlara ziyan dəyib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, ötən gecə yağan aramsız yağışlar Hacıqabul rayonunun Udlu ərazi vahidinə daxil olan Tağlı və Qubalı kəndlərində ciddi fəsadlar törədib. Çayın səviyyəsi 4-5 metr qalxıb. Pirsaat çayı məcrasından çıxaraq sahilətrafı evlərin həyətyanı sahələrini, nar bağlarını və şəxsi təsərrüfatları su altında qoyub.

Qubalı kəndinin ətraf kəndlərlə nəqliyyat əlaqəsi kəsilib.

Bəzi təsərrüfatlarda ev heyvanları tələf olub. Əraziyə elektrik enerjisi və internetin verilməsində fasilələr yaranıb.

Hacıqabul rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının nümayəndələri əraziyə baş çəkib, vəziyyətlə tanış olublar.

Müəllif: Ayna.az