Pezeşkian: “İran öz vətəndaşlarının və inanclarının müdafiəsinə davam edəcək”

Dünya

22.09.2026 - 14:47

"İranın son çətinliklərinə baxmayaraq, o, bu vəziyyətin öhdəsindən ləyaqətlə gəlib və bunu qürurla demək olar”

“İran təzyiqlərə və çətinliklərə baxmayaraq, müqavimət göstərməyə davam edir və ölkəni, vətəndaşlarını və inanclarını müdafiə edəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian bu gün BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər etməzdən əvvəl Tehranda deyib.

"İranın son çətinliklərinə baxmayaraq, o, bu vəziyyətin öhdəsindən ləyaqətlə gəlib və bunu qürurla demək olar. İranın beynəlxalq səhnədəki mövqeyi tam qorunacaq. Sülhün və rifahın hökm sürdüyü təhlükəsiz bir dünyada yaşamaq istəyiriksə, bütün insanlara və millətlərə hörmətlə yanaşmalıyıq. İnsanları gücə güvənərək sakit qalmağa məcbur edə bilmərik. İran dəfələrlə danışıqlarda iştirak edib və müqavilələr imzalayıb. Lakin götürülmüş öhdəliklərə baxmayaraq, müqavilələr çox asanlıqla pozulub və bu, bütün dünyanın gözü qarşısında baş verib", - deyə o bildirib.

Qeyd edək ki, Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək və çıxış etmək üçün bu gün Nyu-Yorka yola düşüb. Məlumata görə, səfəri zamanı İran Prezidentinin bir neçə ölkə lideri ilə görüşməsi və danışıqlar aparması gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş