Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

01.03.2023 - 20:48

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada 230 nəfər vaksinasiya olunub. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 79, ikinci doza vaksinlərin sayı 69 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 69-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 949 197 olub.

Müəllif: Ayna.az