Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

28.02.2023 - 21:49

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada 237 nəfər vaksinasiya olunub. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 58, ikinci doza vaksinlərin sayı 78 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 88-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 948 967 olub.

Müəllif: Ayna.az