“Hazırda ölkədə epidemioloji vəziyyət sabitdir”

Cəmiyyət

23.09.2019 - 16:13

Səhiyyə Nazirliyi: Mövsüm dəyişikliyi ilə əlaqədar tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir

 

Hər il olduğu kimi bu il də payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyaları üzərində epidemioloji monitorinq aparılır.

 

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir.

 

“Mövsüm dəyişikliyi ilə əlaqədar tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir, artım yoxdur”, - deyə məlumatda qeyd olunur.

Müəllif: Ayna.az