Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

15.02.2023 - 21:28

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada 425 nəfər vaksinasiya olunub. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 155, ikinci doza vaksinlərin sayı 109 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 144-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 17 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 946 175 olub.

Müəllif: Ayna.az