Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

07.02.2023 - 21:29

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada 298 nəfər vaksinasiya olunub. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 102, ikinci doza vaksinlərin sayı 106 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 68-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 22 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 944 166 olub.

Müəllif: Ayna.az