Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

13.08.2022 - 20:16

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya bildirilib ki, son sutkada koronavirus əleyhinə 1 651 vaksin vurulub.

Son bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 255, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 169, üç və daha çox doza vaksin vurduranların sayı 1 034, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 193 nəfər olub.

Azərbaycanda indiyədək vurulan vaksinlərin ümumi sayı 13 837 697, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 369 929, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 859 547, üç və daha çox doza vaksin vurduranların sayı 3 351 247 nəfərdir. Eyni zamanda pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 974 nəfər təşkil edir.

Müəllif: Ayna.az