Peyvənd olunanların sayı açıqlanıb

Aktual

18.06.2022 - 17:38

Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 143 olub

Azərbaycanda son sutkada 1 522 nəfər vaksinasiya olunub. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci doza vaksinlərin sayı 189, ikinci doza vaksinləri sayı 256-dır.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 934-dür. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 143 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 752 122, birinci doza peyvəndlərin ümumi sayı 5 352 065, ikinci doza vaksinlərin sayı 4 852 083 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 299 954, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 248 020 olub.

Müəllif: Ayna.az