Ölkədə "buster" doza üzrə vaksinasiya olunanların sayı isə milyon yarıma yaxınlaşır
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 103 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 591, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 25 718 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 11 318 107, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 166 741, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 673 411, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 477 955 təşkil edir.