Peter Siyarto: “Rusiya ilə əlaqə kanalları açıq olmalıdır”

Dünya

27.03.2024 - 11:58

“Budapeşt Moskva ilə ən yüksək səviyyədə təmaslardan əl çəkmək niyyətində deyil”

“Budapeşt Moskva ilə ən yüksək səviyyədə təmaslardan əl çəkmək niyyətində deyil”. AYNA xəbər verir ki, bu sözləri TASS-a müsahibəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Rusiya rəhbərliyi ilə əlaqə saxlamağa ehtiyacımız özümüzə aydındır”, - nazir qeyd edib.

Siyartonun fikrincə, rabitə kanalları açıq olmalıdır, əks halda gələcəkdə sülh şansı azalacaq.

Macar nazir Rusiya xarici işlər naziri Sergey Lavrov, baş nazirin energetika üzrə müavini Aleksandr Novak və Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturovla da əlaqə saxladığını vurğulayıb.

Bundan əvvəl Siyarto bildirmişdi ki, ölkəsi heç vaxt Rusiyanın nüvə enerjisinə qarşı sanksiyalara qoşulmayacaq. Nazir Macarıstanın Rusiya ilə Qərb arasında nüvə enerjisi sahəsində əməkdaşlıq üçün körpü olmağa hazır olduğunu da qeyd edib.

Müəllif: Ayna.az