Peskov: "Hücumlarla bağlı məlumatlar dərhal Putinə verilir"

Dünya

30.08.2023 - 15:38

cedabet dərman SEO Xidməti

“Ali Baş Komandan vəziyyətlə bağlı bütün məlumatları daim və operativ şəkildə alır”

“Rusiya lideri Vladimir Putin “xüsusi əməliyyatın” keçirilməsi ilə bağlı müntəzəm və operativ məlumat alır və kütləvi pilotsuz təyyarə hücumları ilə bağlı məlumatlar dərhal dövlət başçısına çatdırılır”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml sözçüsü deyib ki, Pskov hava limanına PUA-larla hücumdan Vladimir Putinin xəbəri var: “Ali Baş Komandan həm ölkə daxilində, həm də əməliyyat ətrafında vəziyyətlə bağlı bütün məlumatları daim və operativ şəkildə alır və təbii ki, bu cür kütləvi hücumlarla bağlı məlumatlar da dərhal ölkə başçısının diqqətinə çatdırılır”.

Qeyd edək ki, bundan əvvəl Pskov vilayətinin qubernatoru Mixail Vedernikov hava limanına PUA hücumunun dəf edildiyini açıqlayıb. Onun sözlərinə görə, operativ qərargah artıq fövqəladə vəziyyətə cavab vermək üçün lazımi tədbirləri müəyyən edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş