Peşə müəssisələrində tədris kredit sistemi ilə təşkil ediləcək

Xəbərlər

09.03.2022 - 23:08

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlər Kabineti yeni qaydanı təsdiqləyib

Nazirlər Kabineti “Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili Qaydası”nı təsdiq edib.

AYNA xəbər verir ki, qərara əsasən, bu qayda peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkilini tənzimləyir.

Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

- hər bir təhsilalanın fərdi tədris planının olması və bu planın tərtibində onun iştirakı;

- yüksək texniki peşə təhsili proqramlarının (kurikulumların) tədris planlarına uyğun olaraq, tədris modullarının (fənlərinin), yarımil üzrə kreditlərin miqdarının, təhsilverənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyi;

- təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;

- tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;

- müvafiq ixtisas üzrə bilik, bacarıq və səriştələrin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi;

- hər yarımil tədris qruplarının modullar (fənlər) üzrə formalaşdırılması;

- tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması;

-təhsilalma müddətinin tələbənin nailiyyətindən asılılığı;

- proqramların, ixtisasların, modul (fənlərin), müəllimlərin və tələbələrin kodlaşdırılması.

Peşə təhsili müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və tələbəyə təhsil müddətində tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaratmalıdır. Peşə təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, metodiki komissiyalar, qeydiyyat, qiymətləndirmə və monitorinq bölmələri) tərəfindən tənzimlənir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş