Peşə məktəblərində tədrisin kredit sistemi ilə təşkili qaydası hazırlanacaq

Cəmiyyət

13.12.2021 - 23:20

Baş nazir Əli Əsədov sərəncam imzalayıb

Təhsil Nazirliyi peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydasına dair təkliflərini hazırlayacaq.

AYNA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı sərəncamda əksini tapıb.

 

Sərəncama əsasən, Təhsil Nazirliyi Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Təhsil haqqında” qanuna uyğun olaraq, peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydasına dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş