Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. AYNA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25°, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, sabah şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.
İyulun 29-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 19-24° isti təşkil edəcək.