Təhsilalanlara akademik məzuniyyətin verilməsi nəzərdə tutulub
Peşə təhsili müəssisələrində qiyabi təhsilalma forması ləğv edilir. AYNA xəbər verir ki, bu, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Həmçinin peşə təhsili müəssisələrində təhsilalanlara akademik məzuniyyətin verilməsi də nəzərdə tutulub.