Peres 2029-cu ilə qədər “Real Madrid”in prezidenti postunda qalacaq

İdman

20.01.2025 - 16:22

Həkimlər Klinikalar SEO Xidməti

77 yaşlı ispan funksioner yeganə namizəd olub və iclas üzvlərinin tam dəstəyini alıb

“Real Madrid” fitbol klubunun hazırkı prezidenti Florentino Peres heç bir alternativ olmadan yenidən bu vəzifəyə seçilib. AYNA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

77 yaşlı ispan funksioner yeganə namizəd olub və iclas üzvlərinin tam dəstəyini alıb.

Peres 2029-cu ilə qədər "Kral" klubunun prezidenti postunda qalacaq.

Qeyd edək ki, Peres 2000-2006-cı illərdə "Real Madrid"in prezidenti olub, bundan sonra istefa verib və 2009-cu ildə yenidən bu vəzifəyə qayıdıb.

Peresin rəhbər olduğu müddətdə Madrid klubu 7 dəfə çempion olub, 3 kubok və 7 İspaniya Superkubokunun qalibi olub, 7 dəfə Çempionlar Liqasının, 6 UEFA Superkubokunun, 2 Qitələrarası Kubokun və 5 Klublararası Dünya Kubokunun qalibi olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş