Penitensiar Xidmətdən həbsdəki polkovnikinin ölümü ilə bağlı açıqlama

Xəbərlər

09.12.2021 - 16:05

Həkimlər Klinikalar SEO Xidməti

"Aparılan tibbi tədbirlərə baxmayaraq Zakir İsmayılov trombemboliyadan qəflətən vəfat edib"

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ləğv olunan Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Zakir İsmayılovun ölümü ilə bağlı məlumat yayıb.

Xidmətdən AYNA-ya bildirilib ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib: "Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Z.İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb".

"Lakin aparılan tibbi tədbirlərə baxmayaraq o, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat edib", - deyə məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş