Paytaxtda 29 məktəbə yeni direktor təyin olunub

Cəmiyyət

15.10.2019 - 12:10

Şəhər üzrə 111 nəfər məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb

 

Yeni tədris ilində Bakıda 10 məktəbin direktoru ilə əmək müqaviləsinə xitam verilib. Bunlar 93, 25, 29, 70, 107, 221, 260, 301, 194 və 116 saylı məktəblərdir.

 

AYNA xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, bu gün "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda bu barədə açıqlama verib.

 

Onun sözlərinə görə, 2019-2020-ci tədris ili ərəfəsində Təhsil Nazirliyi tərəfindən vəzifədə olmanın son yaş hədinə çatmış 27 direktorla (1, 10, 14, 20, 27, 52, 96, 122, 130, 135, 157, 160, 203, 204, 217, 223, 229, 239, 256, 264, 267, 269, 271, 278, 322, 103 və 268) müqavilənin müddəti cari tədris ilinin sonunadək uzadılıb.

 

R.Tağıyev bildirib ki, Təhsil Nazirliyindən daxil olmuş müvafiq əmrlərə əsasən, 2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində 29 məktəbə (97, 38, 175, 212, 144, 248, 28, 150, 169, 184, 219, 220, 235, 250, 306, 293, 327, 301, 75, 90, 107, 128, 307, 162, 29, 260, 221, 26, 123) direktor vəzifəsinə yeni təyinat olub: “Həmin müddətdə 13 məktəb direktorunun iş yeri dəyişdirilib. 111 nəfər məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. 4 direktorla (192, 71, 162, 123) bağlanmış əmək müqaviləsi (öz ərizəsi əsasında, işdə yol verdiyi nöqsanlarlara əlaqədar və s.) ləğv edilib".

 

Müdir əlavə edib ki, idarənin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfərlə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.

Müəllif: Ayna.az