Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar?

Cəmiyyət

29.07.2019 - 16:00

Həkimlər Klinikalar SEO Xidməti

“DSX-nın özəl informasiya sistemi olmadığından STOP qadağası DİN-in tabeliyində olan İAMAS vasitəsilə həyata keçirilir”

 

“Bəzən kimsə xaricə getmək üçün hava limanına və ya hansısa sərhəd buraxılış məntəqəsinə yaxınlaşanda məlum olur ki, onun ölkədən çıxışına STOP qoyulub. İndiki halda bunu elektron formada qabaqcadan öyrənmək mümkündürmü? Təəssüf ki, hələlik yalnız iki qurumdan və yalnız ödənilməyən borclarla bağlı vətəndaşın ölkədən çıxışına qoyulan qadağanı qabaqcadan onlayn fromada öyrənmək olar”.

 

AYNA xəbər verir ki, bu fikirləri Milli İnternet Forumunun (MİF) prezidenti Osman Gündüz şəxsi “Facebook” hesabında paylaşıb. Onun sözlərinə görə, borcla bağlı STOP qoyulmasını öncədən Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin (DİN) elektron xidmətləri vasitəsilə öyrənmək olar.

Ayna.az