Zühuru gözləyən azərbaycanlılar: <font color=red> “Az qalıb, o gəlir...”</font>

Cəmiyyət

08.09.2019 - 10:52

“Yer üzündə dinsizlik artanda Krişna həm dini prinsipləri bərpa etmək, həm də möminləri müdafiə etmək üçün gələcək”

 

Bir neçə gündür Bakıda “Krişna Şüuru” Dini İcmasının bayram tədbirləri keçirilir. İcmanın “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən məkanında təşkil olunan tədbirlər, krişna inancına görə, Tanrı Krişnanın zühur etməsi ilə bağlıdır.

 

Qeyd etdiyim məbəd dünyada “Beynəlxalq Krişna Şüuru” Cəmiyyəti, Azərbaycanda isə “Krişna Şüuru” Dini İcması adı ilə fəaliyyət göstərir. Cəmiyyətin əsasını Hindistanda yaşamış Prabhupada adlı şəxs qoyub. Bu dinin formalaşmasında əsas rolu isə veda fəlsəfəsi oynayır.

Mərahim Nəsib