Məşəqqətli günlərimiz geri qayıdır – <font color=red> BİTMƏDİMİ BU ƏZAB?!</font>

Cəmiyyət

27.08.2019 - 15:52

Bakı-Sumqayıt yolunun növbəti dəfə təmirinə başlanılıb, AAYDA isə narahatlığa qətiyyən ehtiyac görmür

 

Abşeron rayonunun Xırdalan şəhərinin mərkəzi küçəsində sakinlərin etirazına səbəb olan təmir-qazıntı işləri barədə məlumat vermişdik. Mərkəzi küçələrin dəfələrlə, müxtəlif bəhanələrlə təmir olunması nəqliyyat vasitələrinin və piyadaların hərəkətini iflic edir.

 

Xırdalanın mərkəzi küçəsinin keçilməz hala salındığı bir zamanda, bu küçəyə qismən alternativ sayıla bilən Bakı-Sumqayıt yolunun da növbəti dəfə təmirinə başlanılıb. Artıq yolun “Vaz dairəsi” adlanan hissəsindən üzü Bakı istiqamətində, Xırdalan dairəsinədək asfalt örtük qazılıb və hazırda qazıntı davam edir.

Mərahim Nəsib