Rayondan Bakıya gələn sərnişin avtobusunda əsl macəra – <font color=red> VİDEO</font>

Cəmiyyət

17.12.2019 - 12:56

Rəsmi qurumun sözçüsü: “Təəssüflər olsun ki, biz özümüz də belə problemlərdən əziyyət çəkirik”

 

İctimai nəqliyyat sistemindəki problemlər yəqin ki, hər kəsə məlumdur. Və bu problemlər hər keçən gün daha da artmaqda davam edir. Belə ki, sürücülərin avtomobilləri qeyri-qanuni, təhlükəli, başdansovdu idarə etməsi, sərnişinlərlə kobud rəftarı, musiqi mərkəzlərinə yüksək səs verərək sərnişinləri hövsələdən çıxaran bayağı musiqilər, filmlər və konsertlərə baxmaları həmin nəqliyyat vasitələrindən gündəlik istifadə edən sərnişinləri narahat etməklə yanaşı, həm də hövsələdən çıxarır və əsəb gərginliyi yaradır.

 

Təbii ki, sürücülərin səhlənkarlıq və məsuliyyəsizliyi təkcə Bakı və paytaxtətrafı ərazilərdə müşahidə olunmur. Çünki bölgələrdən paytaxta sərnişin daşıyan nəqliyyat vasitələrində də sürücülərin səhlənkarlığına dəfələrlə rast gəlmək mümkündür.

 

Uzun illərdir bölgələrdən paytaxta sərnişin daşıyan nəqliyyat vasitələrindən istifadə etdiyim üçün, bu təhlükələrin və səriştəsizliyin dəfələrlə şahidi olmuşam. Bu günlərdə sürücü kobudluğunun nə qədər şiddətli, nə qədər təhlükləli olmasını bir daha müşahidə etdim.

 <

Müəllif: Mərahim Nəsib